MOK un vitse prezidenti: Ronaldunun dünya çempionu olacağını yaşayıb görəcəyik

09.06.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 9 iyun, AZƏRTAC

Man uşaqlıq dövründən iki ölkəyə azarkeşlik edirəm. Bunlar Niderland və Portuqaliya milliləri olub.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlaması zamanı deyib.

O, Eysebio və Yohan Kroyffu çox sevdiyini bildirib: “Onların dövründən oyunlara maraqla baxıram. Yenə də həmin komandalara azarkeşlik edəcəyəm. Ronaldunun dünya çempionu olacağını yaşayıb görəcəyik”.

Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.

Müxbir - Cavid Əliyev

Fotoqraf - İlqar Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью