futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sentyabrın 12-də Səudiyyə Ərəbistanının Taif şəhərində İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyası təşkil olunub.
Futbolpress/az xəbər verir ki, tədbir çərçivəsində Milli Olimpiya Komitəsinin (MOK) və İslam Həmrəyliyi İdman Assosiasiyasının vitse-prezidenti Çingiz Hüseynzadəyə xüsusi Təşəkkürnamə təqdim olunub. O, islam dünyasında idmanın inkişafı, həmrəylik və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsindəki xidmətlərinə görə bu mükafata layiq görülüb.
MOK rəsmisi 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin üzvü olub.