Moldova 2030 cu ildə Aİ yə üzv olmaq niyyətindədir

05.10.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 5 oktyabr, AZƏRTAC

Moldova hökuməti 2028-ci ilin əvvəlinə qədər Aİ-yə üzvlüklə bağlı danışıqlar üçün texniki hazırlıqları başa çatdırmaq üzərində işləyir ki, ölkə 2030-cu ildə üzvlüyə hazır olsun.

AZƏRTAC xəbər verir ki, bu barədə Moldovanın Baş naziri Vasile Tofan oktyabrın 5-də Brüsseldə keçirilən Moldova-Aİ Assosiasiya Şurasının iclasından sonra bildirib.

Medianın məlumatına görə, Moldova 2030-cu ildə Aİ-yə qoşulmağı və 2028-ci ilin əvvəlinə qədər üzvlük danışıqlarını başa çatdırmağı hədəfləyir.

Baş nazir Tofan xatırladıb ki, bu yay Moldova üçün 1-ci və 6-cı klasterlər açılıb.

“Biz ilin sonuna qədər qalan klasterləri açmaq və aralıq meyarlara vaxtında cavab vermək üçün çalışırıq”, - deyə o vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью