Moldova ağır durumda: Bu ölkə köməyə gəlir

31.12.2024

Publika.az saytına istinadən Icma.az xəbər verir.

Bolqarıstanın Texniki Hökumətinin energetika naziri Vladimir Malinov bildirib ki, ölkəsi Moldovaya qaz təchizatında kömək etməyə hazırdır.

Publika.az xəbər verir ki, nazirin sözlərini RBC sitat gətirib.

Malinovun sözlərinə görə, Bolqarıstan tərəfi həm mayeləşdirilmiş təbii qazın tədarükü, həm də “Bulgargaz” şirkəti vasitəsilə Moldovanı dəstəkləməyə hazırdır.

Nazir aydınlaşdırıb ki, hər iki ölkənin hökumətləri daimi təmasdadır və Moldova tərəfinin xahişi ilə Bolqarıstan yardım göstərəcək.

Bundan əvvəl Moldovanın "Moldovaqaz"ı milliləşdirməyə hazırlaşdığı bildirilmişdi.

Tural

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью