Moldova Dnestryanıya təbii qazın tədarükünə başlayıb

01.02.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kişineu, 1 fevral, AZƏRTAC

Fevralın 1-də “Moldovaqaz” şirkəti Dnestryanıya ilk həcmdə 3 milyon kubmetr təbii qazın tədarükünə başlayıb.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, bu, Ukrayna ərazisindən Rusiya qaz tranzitinin başa çatmasından sonra ilk tədarükdür. “Moldovaqaz” ASC-nin rəhbəri Vadim Çeban bildirib ki, tədarüklər təzyiqi saxlamaq üçün qaz çatışmazlığı yaşayan Dnestryanı qaz sistemini doldurmağa yönəlib.

Tədarüklər Avropa İttifaqının maliyyə yardımı çərçivəsində həyata keçirilir. Əsasnaməyə əsasən, dövlət tədarükçüsü olan “Energocom” təbii qazın nəqlini “Tiraspoltransgaz” MMC ilə razılaşdırılmış tədarük qrafiki əsasında təmin edəcək.

Moldova Fövqəladə Hallar Komissiyasının açıqlamasında deyilir ki, "Energocom” bazar şəraitində Avropa İttifaqı və yaxud Ukraynadakı səlahiyyətli ticarət platformalarından 20 milyon avro dəyərində təbii qaz alacaq.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью