Moldova ərazisinə PUA düşdü

09.08.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Moldovada pilotsuz uçuş aparatı yerə düşüb.

Modern.az xəbər verir ki, bununla bağlı "NewsMaker" məlumat yayıb.

Məlumata görə, Moldovanın Ştefan-Vode rayonunda günorta saatlarında partlayış səsi eşidilib. PUA-nın düşdüyü ərazidə quru ot örtüyü yanmağa başlayıb. PUA-nın Rusiya ərazisindən atıldığı iddia edilir.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda hadisə yerində mütəxəssislər çalışır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью