Moldova hava məkanını bağladı

17.11.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kişinyov istiqamətində hərəkət edən "Şahid" tipli pilotsuz uçuş aparatının (PUA) aşkar edilməsindən sonra Moldova təhlükəsizlik məqsədilə öz hava məkanını tamamilə bağlayıb.

Axar.az xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyi məlumat yayıb.

Daxil olan məlumata görə, PUA cənubdan Kişinyov bələdiyyəsinin Botanika sektoru istiqamətində hərəkət edirdi. Bununla əlaqədar olaraq yerli vaxtla saat 16:27-də ölkənin bütün hava məkanından istifadənin məhdudlaşdırılması barədə qərar qəbul edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью