Moldova hava məkanının pozulduğunu açıqladı

03.02.2025

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Moldova Müdafiə Nazirliyi 3 fevral gecəsi bir pilotsuz uçuş aparatının (PUA) ölkənin hava məkanını pozduğunu bildirib.

BAKU.WS xəbər verir ki, nazirliyin Telegram kanalında verilən məlumata görə, PUA saat 00:30-dan (yerli vaxtla 01:30) 00:45-ə qədər Moldova hava məkanında olub. Uçuş trayektoriyası belə olub: Pavlovka (Ukrayna) - Karamanova - Mayak - Qriqoriopol. Daha sonra PUA eyni marşrut üzrə ölkə ərazisini tərk edib.

Qeyd edək ki, ötən ilin noyabr ayında Moldova Daxili İşlər Nazirliyi Kişineu ətrafında PUA qalıqlarının tapıldığını açıqlamışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью