Moldova hökuməti Ukraynaya enerji və tibbi avadanlıqlar göndərir

04.02.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 4 fevral, AZƏRTAC

Moldova hökuməti Ukraynaya növbəti humanitar yardım partiyasının göndərilməsini təsdiqləyib.

AZƏRTAC Moldovanın “Moldpres” informasiya agentliyinə istinadla xəbər verir ki, qərar müharibənin yaratdığı sosial və enerji böhranı fonunda rəsmi müraciətlər əsasında qəbul olunub.

Təxminən 680 min avro dəyərində olan humanitar yardıma enerji və səhiyyə avadanlıqları, kabellər, texniki vasitələr və tibbi ləvazimatlar daxildir. Bu vəsaitlər dövlət ehtiyatlarından və Daxili İşlər Nazirliyinin struktur bölmələrindən ayrılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью