Moldova Lukoil in aktivlərini alacaq

07.11.2025

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Moldova hökuməti fasiləsiz fəaliyyətini təmin etmək üçün sanksiya tətbiq edilmiş "Lukoil"dən Kişinyov hava limanındakı yanacaq anbarlarını alacaq.

Xalqcebhesi.az xəbər verir ki, energetika naziri Dorin Jungietu bu barədə Facebook-da məlumat yayıb.

"Hökumət İnvestisiya Şurası, dövlətin şirkətin infrastrukturu və resurslarına nəzarəti ələ keçirə bilməsi üçün "Lukoil"in hava limanındakı yanacaq anbarını almağı təklif edib. Bu əməliyyat üçün son tarix 17 noyabrdır, çünki Moldovanın ABŞ sanksiyalarına riayət etməsi səbəbindən "Lukoil" 21 noyabr tarixindən etibarən fəaliyyətini davam etdirmək qabiliyyətini itirəcək", - deyə nazir yazıb.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью