Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Moldova hökuməti 2005-ci il noyabrın 25-də MDB çərçivəsində imzalanmış “İnsan alveri, insan orqanları və toxumalarının qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq haqqında” Sazişi denonsasiya edib. Qərar hökumətin iclasında qəbul olunub. Layihəni təqdim edən ölkənin daxili işlər naziri Daniela Misail-Nikitina bildirib: “Hazırda insan alverinə qarşı mübarizə daha aktual beynəlxalq mexanizmlərə, o cümlədən Avropa Şurasının Konvensiyasına, Avropa tərəfdaşları və “İnterpol”la əməkdaşlıq mexanizmlərinə əsaslanır. Buna görə də biz artıq mövcud reallıqları və mexanizmləri əks etdirməyən sazişdən imtina edirik”.
XQ