Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Moldova Müdafiə Nazirliyi 27-55 yaş arası kişilər üçün məcburi hərbi təlimin tətbiqini təklif edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, müvafiq qanun layihəsi təsdiq üçün parlamentə təqdim olunub.
Söhbət əvvəllər orduda xidmət etməyən və ya başqa hərbi təlim almayanlar üçün altı həftəlik məcburi kurslardan gedir. Onlara hərbi xidmətin əsaslarını, silah və hərbi texnika ilə necə davranmağı və dron aşkar edildikdə nə etməli olduqlarını öyrətməyi planlaşdırırlar. Cinayət qeydləri olan, ciddi sağlamlıq problemləri olan kişilər, tələbələr və digər üzrlü səbəbləri olanlar kurslardan azad olacaqlar.
Qeyd edək ki, konstitusiyası neytrallığı təsbit edən Moldova hakimiyyəti hərbi xərcləri artırır. Hökumət tərəfindən təsdiqlənmiş 2025-2035-ci illər üçün yeni hərbi strategiyaya əsasən, silahlı qüvvələrin sayı 30% artırılacaq. Bu strategiya hərbi qulluqçuların sayının 8500-ə, mülki şəxslərin sayının isə 2000-ə çatdırılmasını nəzərdə tutur.
Şeyda