Moldova MSK Sandunun qələbəsini rəsmən təsdiqlədi

04.11.2024

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Moldova Mərkəzi Seçki Komissiyası prezident seçkilərində Maya Sandunun qələbəsini təsdiqləyib. 

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, Moldovanın hazırkı prezidenti Sandu 55,33%, onun rəqibi, ölkənin keçmiş baş prokuroru Aleksandr Stoyanoqlo isə 44,67% səs toplayıb.

Xatırladaq ki, səsvermənin ikinci turu noyabrın 3-də keçirilib. Bundan əvvəl Moldova Sosialistlər Partiyası digər ölkələrdə keçirilən səsvermənin nəticələrini Sandu lehinə təhrif etdiyi üçün onları tanımadığını açıqlamışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью