Moldova parlamentinin spikeri: Azərbaycan ikitərəfli və beynəlxalq əməkdaşlıqda mühüm tərəfdaşdır

21.05.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kişineu, 21 may, AZƏRTAC

Azərbaycan Moldova üçün həm ikitərəfli, həm də beynəlxalq əməkdaşlıqda mühüm tərəfdaşdır.

Bu fikri AZƏRTAC-a açıqlamasında Moldova parlamentinin spikeri İqor Qrosu söyləyib.

“Biz enerji, iqtisadiyyat, kənd təsərrüfatı və mədəniyyət kimi sahələrdə səmərəli əməkdaşlıq edirik və bu əlaqələrin genişləndirilməsi üçün potensial böyükdür. İkitərəfli əməkdaşlığımızı, xüsusilə enerji sahəsində intensivləşdirmək istəyirik”, - deyə Moldova parlamentinin sədri vurğulayıb.

İqor Qrosu bildirib ki, Azərbaycanla Moldova arasında əməkdaşlığın daha da güclənməsi istiqamətində potensialı artıracaq.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью