Moldova Prezidenti başsağlığı verdi Yeni Çağ Media

25.12.2024

Icma.az, Yenicag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Moldova Prezidenti Maya Sandu “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

Yenicag.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması bizi dərindən kədərləndirdi. Fikrimiz qurbanların, onların ailələri və zərərçəkənlərin yanındadır. Sağ qalanlara və xilasedicilərə güc diləyirik”, – o bildirib.

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью