Moldova Prezidenti Zelenski ilə görüşüb YENİLƏNİB

25.01.2025

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Moldova prezidenti Maya Sandu Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Maya Sandu “X” platformasındakı paylaşımında bildirib.

“Biz regional təhlükəsizlik, infrastruktur əlaqələri, ticarət və Aİ-yə üzvlük mövzularını müzakirə etdik. Xüsusi diqqət enerji əməkdaşlığına və Rusiya təzyiqinə qarşı mübarizəyə yönəldi. Ukraynanın həmrəyliyinə görə minnətdaram”, - Moldova Prezidenti paylaşımında bildirib.

***

12:20

Moldova Prezidenti Maya Sandu Kiyevə səfər edib.

APA xəbər verir ki, bu barədə Maya Sandu “X” platformasındakı paylaşımında bildirib.

“Biz təhlükəsizlik, enerji, infrastruktur, ticarət və Avropa İttifaqı yolunda qarşılıqlı dəstəyi müzakirə edəcəyik. Moldova etibarlı qonşu olaraq qalır”, - Moldova Prezidenti paylaşımında bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью