Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya qazının tədarükünün kəsilmək təhlükəsi ilə əlaqədar Moldovada fövqəladə vəziyyət tətbiq ediləcək.
Axar.az xəbər verir ki, bununla bağlı Moldova parlamenti dekabrın 13-ü gecə qərar qəbul edib.
Məlumata görə, fövqəladə vəziyyət dekabrın 16-dan tətbiq olunacaq və 60 gün davam edəcək. Qərarın lehinə 101 deputatdan 56-sı səs verib.
Qeyd edək ki, Rusiya qazının Moldovaya Ukraynadan tədarükü 2025-ci ilin yanvarın 1-dən dayandırılacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.