Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Moldova hakimiyyəti Dnestr çayında suyun səviyyəsinin aşağı düşməsi ilə əlaqədar olaraq 10-16 oktyabr tarixlərində qüvvədə olacaq qırmızı hidroloji xəbərdarlıq kodunu elan edib.
Newscenter.az xəvər verir ki, bu barədə TASS Moldovanın hökumət rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilir ki, Dnestr çayında qırmızı kod qüvvədədir. Su axınının uzunmüddətli aylıq orta göstəricilərin təxminən 20%-i olduğu təxmin edilir. Naslavça-Kamenka hissəsində bu rəqəm Ukraynadakı Dnestr su anbarından axıdılma rejimindən asılı olaraq 20%-dən aşağı düşə bilər. Xəbərdarlıqlar kiçik çaylara da aiddir.
Qeyd edək ki, 26 sentyabrda Moldovada 60 günlük hidroloji fövqəladə vəziyyət qüvvəyə minib. Hökumətin tələbi ilə parlament tərəfindən fövqəladə iclasda təsdiqlənən bu vəziyyət, ölkənin əsas su yolu olan Dnestr çayının suyunun səviyyəsinin aşağı olması səbəbindən tətbiq edilib. Moldova prezidenti Maya Sandu yerli hakimiyyət orqanlarını təcili olaraq alternativ su mənbələri hazırlamağa çağırıb.
O, suyun sahillərdən xeyli geri çəkildiyini, çayda balıqların öldüyünü və flora və faunaya ciddi ziyan dəydiyini qeyd edib.
Anar