Icma.az bildirir, Bizimyol portalına istinadən. Moldova, "Rus Mədəniyyət Mərkəzi"nin bağlanması barədə qərar verib.
Moldova Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiya pilotsuz təyyarələri tərəfindən Moldova Respublikasının hava məkanının yeni və ciddi şəkildə pozulmasından sonra Rusiyanın Kişinyovdakı diplomatik missiyasının rəhbərini təcili olaraq çağırıb.
Görüşdə Moldova tərəfi bu yolverilməz pozuntulara öz qəti etirazını bildirib və belə hadisələrin Moldova Respublikasının milli təhlükəsizliyi və vətəndaşları üçün ciddi təhlükə olduğunu vurğulayıb.
Rusiyalı diplomata məlumat verilib ki, bu cür hərəkətlər milli suverenliyin pozulmasıdır və Rusiya Federasiyasının növbəti qeyri-dost jestidir.
Xarici İşlər Nazirliyi Rusiya hakimiyyətini bu müdaxilələri dərhal dayandırmağa və Moldova Respublikasının suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə ciddi şəkildə hörmət etməyə çağırıb.
Bu çağırışlara cavab olaraq Xarici İşlər Nazirliyi 1998-ci ildə imzalanmış mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında Moldova-Rusiya Hökumətlərarası Sazişin birtərəfli qaydada ləğvi barədə qərar qəbul edib.
Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Moldovanın haqlı olaraq Rusiyadan narazı bir ölkə olduğunu nəzərə almaq lazımdır.
Tural İsmayılov “Bu günə qədər Moldovanın beynəlxalq hüquqla tanınan ərazi bütövlüyü məsələsində Rusiyanın mövqeləri yenə həmişə olduğu kimi beynəlxalq hüquqdan yana olmayıb.