Moldova Rusiya ilə birbaşa hava əlaqəsini bərpa edə bilmir AzPolitika onlayn siyasiictimai qəzet

24.11.2024

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

“Moldova hazırda Rusiya ilə birbaşa hava əlaqəsini bərpa edə bilmir”.

“Report” xəbər verir ki, bunu ölkənin Baş naziri Dorin Reçan deyib.

“Hazırda Rusiya ilə birbaşa uçuşlar bərpa oluna bilməz, hətta Ukraynadan yan keçməklə belə, Rusiya şirkətləri Moldovaya uça bilməz”, - Reçan bildirib.

Bundan əvvəl Moldovanın keçmiş prezidenti İqor Dodon bildirib ki, ölkəsi Moskva ilə strateji tərəfdaşlığı bərpa etməli, Qərbin Moskvaya qarşı sanksiyalarına qoşulmamalı və bu ölkəyə birbaşa uçuşları bərpa etməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью