Moldova Rusiya qazına alternativ tapdı

02.01.2025

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Moldova sınaq rejimində Bolqarıstandan uğurla qaz alıb və yanacaq Trans-Balkan dəhlizi ilə respublikaya daxil olub. 

"Unikal" xəbər verir ki, bu barədə "Moldovaqaz"ın rəhbəri vəzifəsini icra edən Vadim Çeban açıqlayıb. 

"Alınan qazın həcmi 240 MVt/saat təşkil edir ki, o, Trans-Balkan dəhlizi ilə Bolqarıstan, Rumıniya və Ukraynadan keçməklə Moldova sərhədindəki Kauseni keçid məntəqəsinə çatdırılıb", - o bildirib.

Ağarza Elçinoğlu 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью