Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyanın Kişinyovdakı səfiri Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, buna səbəb mayın 13-də Ukraynadan Moldova hava məkanına daxil olan PUA ilə bağlı insident olub
Moldova XİN həmin pilotsuz uçuş aparatının Rusiyaya məxsus olduğunu açıqlayıb.
Rusiya səfirinə etiraz notası təqdim edilib.