Moldova Rusiyaya nota verib

18.11.2026

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın Kişinyovdakı səfiri Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə “Moldpress” Moldova Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, Rusiya səfiri noyabrın 17-də Moldovanın hava məkanının pilotsuz uçuş aparatları tərəfindən pozulması ilə əlaqədar XİN-ə çağırılıb.

Rusiya səfirinə etiraz notası təqdim edilib.

Moldova Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 17-də ölkənin hava məkanında yeddi pilotsuz uçuş aparatı qeydə alınıb. İlkin məlumatlara əsasən, beş PUA Çeltuitori, Poqornıçeni, Poqrebeni, Kuxureştii de Jos və Baksani yaşayış məntəqələrinin yaxınlığında yerə düşüb. Daha bir aparatın Oknitsa rayonunda düşməsi ehtimalı araşdırılır. Digər PUA isə Leova şəhəri yaxınlığında radar izləməsindən itib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью