Moldova Ukrayna ilə sərhəd məntəqələrində istehkamlar quracaq

21.08.2026

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Moldova mümkün hava hücumlarından qorunmaq üçün Ukrayna ilə sərhəddəki buraxılış məntəqələrində istehkamlar tikəcək.

Moderator.az xəbər verir ki, müvafiq əmri Moldova Daxili İşlər Nazirliyi verib.

"Sərhəd keçid məntəqələrində qoruyucu qurğuların tikintisi və təcili sığınacaqların salınması planlaşdırılır" - məlumatda qeyd olunur.

Ukraynadakı körpülərə edilən hücumlardan sonra Moldova ilə Odessa bölgəsi arasındakı sərhəddə bir neçə nəzarət-buraxılış məntəqəsinin fəaliyyə dayandırılıb. Ukrayna Silahlı Qüvvələri üçün hərbi təchizat Rumıniyadan Moldova vasitəsilə Odessa bölgəsindəki beynəlxalq nəzarət-buraxılış məntəqələrindən keçməklə çatdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью