Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, bu qərar hökumətin "YouTube" kanalında yayımlanan Nazirlər Kabinetinin iclasında qəbul edilib.
"Yardım sosial və enerji böhranı kontekstində diplomatik kanallar vasitəsilə göndərilən rəsmi sorğulara cavab olaraq təmin edilir. Buraya dövlət ehtiyatından, eləcə də Daxili İşlər Nazirliyinin bölmələrindən və "Şimal Paylayıcı Elektrik Şəbəkələri" ASC-nin əmlakından kabellər, generatorlar, avadanlıqlar və sanitariya ləvazimatları daxildir", - deyə qətnamə layihəsini təqdim edən Daxili İşlər Nazirliyinin dövlət katibi Aleksandr Bejan bildirib.
Qətnaməyə əsasən, Ukraynaya elektrik şəbəkələrinin təmiri üçün avadanlıqlar, konservləşdirilmiş ət və dənli bitkilər, yanğınsöndürən maşınlar və tibbi ləvazimatlar da göndəriləcək.
Qadir, Bizimyol.info