Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Moldovada Ukraynanın enerji sistemindəki ciddi problemlər səbəbindən elektrik təchizatında problemlər yaranıb.
SİA xəbər verir ki, bu barədə Moldova Energetika Nazirliyi məlumat yayıb.
"Elektrik enerjisinin ötürülməsi sisteminin operatoru olan "Moldelectrica" vəziyyətin sabitləşdirilməsi üçün qəza işləri aparır. Bir sıra yaşayış məntəqələrində elektrik təchizatı artıq bərpa edilib", - məlumatda bildirilib.
Öz növbəsində, Ukrayna KİV-ləri vurğulayıb ki, ölkənin enerji sistemində qəza səbəbindən hazırda Kiyev rayonlarında su təchizatı yoxdur.
Bundan əlavə, Kiyev metrosunda nasazlıq səbəbindən qatarların hərəkəti və eskalatorların işi müvəqqəti dayandırılıb.