Moldova və Yaponiya milliləri Qəbələyə gələcək

16.09.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq prosesi çərçivəsində iki beynəlxalq yoldaşlıq matçı keçirəcək.

Futbolpress.az xəbər verir ki, hazırlığın ikinci mərhələsində U-20 yığmamız oktyabrın 3-də Moldovanın, oktyabrın 6-da isə Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə sınaq oyununa çıxacaq.

Hər iki qarşılaşma Qəbələ şəhər stadionunda təşkil olunacaq. Matçların başlanma vaxtı barədə əlavə məlumat veriləcək.

U-20 millimizin Qəbələdəki təlim-məşq toplanışının ikinci mərhələsi sentyabrın 24-dən oktyabrın 6-dək davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью