Moldova vətəndaşlarını Yaxın Şərqə səyahətdən çəkinməyə çağırıb

21.07.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Moldova Xarici İşlər Nazirliyi bölgədə pisləşən təhlükəsizlik vəziyyətinə görə vətəndaşlarına Yaxın Şərqə bütün vacib olmayan səyahətlərdən çəkinməyi tövsiyə edib.

Məlumatı “Anadolu” verib. 

Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, artıq region ölkələrində olan vətəndaşlar daha çox sayıqlıq göstərməli, yerli hakimiyyət orqanlarından alınan məlumatları diqqətlə izləməli və fövqəladə hallarda verilən bütün təhlükəsizlik təlimatlarına ciddi şəkildə əməl etməlidirlər.

Xarici İşlər Nazirliyi vətəndaşları yaranan vəziyyətlə bağlı məlumatı yalnız rəsmi mənbələrdən almağa və müvafiq ölkələrdə akkreditə olunmuş Moldovanın diplomatik nümayəndəlikləri ilə əlaqə saxlamağa çağırıb.

Hazırda bir sıra Yaxın Şərq ölkələri hava məkanlarından istifadəyə məhdudiyyətlər tətbiq edir ki, bu da uçuş cədvəllərinə təsir göstərə bilər. Bununla əlaqədar olaraq, vətəndaşlara aviaşirkətlər və turizm agentlikləri ilə əlaqə saxlamaları, uçuşların vəziyyətini müntəzəm olaraq yoxlamaları və yalnız əlavə təhlükəsizlik riskləri yaratmadığı təqdirdə alternativ marşrutları nəzərdən keçirmələri tövsiyə olunur.

Bundan əlavə, Moldova Respublikası vətəndaşlarına fövqəladə hallar zamanı operativ məlumat və ünsiyyətin təmin edilməsi üçün əlaqə məlumatlarını ölkənin regiondakı diplomatik nümayəndəliklərinə təqdim etmələri tövsiyə olunur.

P.ƏMİRCANOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью