Статья не опубликована
Moldova XİN ilin sonuna kimi Aİ yə üzvlük danışıqlarına başlamağa ümid edir | Icma.az

Moldova XİN ilin sonuna kimi Aİ yə üzvlük danışıqlarına başlamağa ümid edir

08.04.2025

Icma.az, Aznews.az portalına istinadən məlumatı açıqlayır.

Moldova bu ilin sonuna kimi Avropa İttifaqına (Aİ) daxil olmaq üçün Avropa Komissiyası (AK) ilə danışıqlara başlamağı planlaşdırır.

Bu barədə ölkənin xarici işlər naziri Mixay Popşoy IPN agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Avropaya inteqrasiya Moldova üçün yeganə strateji istiqamətdir. Popşoy zaman keçdikcə bir çox ölkə vətəndaşlarının bu yolu dəstəkləyəcəyinə əminliyini ifadə edib.

"Biz Avropa Komissiyasının tövsiyələrini yerinə yetirmək üçün lazım olan hər şeyi etdik, müsbət rəy aldıq və yoxlama prosesinə başladıq. Hazırda hər şey qrafikə uyğun gedir, ilin sonunadək danışıqlara başlamağa heç nə mane olmamalıdır", - Moldova Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.

Mövsüm

Aznews.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью