Moldovada baş nazir vəzifəsini o icra edəcək

07.07.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Moldova Prezidenti Maya Sandu iqtisadi inkişaf və rəqəmsallaşdırma naziri Yevgeni Osmokeskunu ölkənin baş naziri vəzifəsini müvəqqəti icra edən təyin edib.

Bakıvaxtı.az Moldova mediasına istinadən xəbər verir ki, dövlət başçısı müvafiq fərmanı bu gün imzalayıb.

Təyinata qədər Osmokesku həmçinin baş nazirin müavini vəzifəsini tuturdu.

Sənədə əsasən, Osmokesku iyulun 8-dən hökumət başçısının vəzifələrinin icrasına başlayacaq və Nazirlər Kabinetinin yeni heyəti and içənədək bu vəzifəni tutacaq.

Xatırladaq ki, iyulun 3-də Moldovanın baş naziri Aleksandru Muntyanu istefa verdiyini elan edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью