Moldovada da sudan istifadəyə məhdudiyyətlər qoyuldu

04.08.2026

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Moldovada sudan istifadəyə müəyyən məhdudiyyətlər tətbiq edilməyə başlanılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb paytaxt Kişinyov və bir sıra iri yaşayış məntəqələrini içməli suyla təmin edən Dnestr çayında suyun səviyyəsinin kritik həddə düşməsidir.

Dünəndən etibarən yerli vaxtla axşam 9-dan səhər 6-a kimi küçələrin və səkilərin yuyulması, şəxsi hovuzların doldurulması qadağan olunub. Bundan başqa qida istehsalı və səhiyyə müəssisələrindən başqa digərləri sudan istifadəni 20, həmçinin, dövlət strukturları və ticarət obyektləri 30 faiz azaltmalıdır.

Yeri gəlmişkən, bundan əvvəl hökumət elektrik enerjisinin istifadəsində də müəyyən məhdudiyyətlər tətbiq etməyə başlayıb.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью