Moldovada ət və yağ qiyməti təəccübləndirdi Azərbaycanla fərqi…

16.06.2025

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bu ilik yanvar-aprel aylarında ölkəyə 9 323 ton 500 kq kərə yağı idxal edilib. Bunun üçün 65 mln. 474 min dollar ödənilib ki, bu da 1 kq kərə yağının ölkəyə idxal qiymətinin 11 manat 93 qəpik olduğu deməkdir. Ancaq bu ilin ilk 4 ayında ölkə üzrə kərə yağının orta satış qiyməti 23 manat 59 qəpik olub. Yəni yağ idxal qiymətindən 2 dəfədən də çox baha satılır".

Hurriyyet.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli bildirib.

O xatırladıb ki, hazırda Moldovadadır və bu Şərqi Avropa ölkəsində marketlərdə kərə yağın 1 kilosunun qiyməti ortalama 12-13 manat arasındadır.

“Moldovada mal ətinin 1 kilosu isə 10-12 manat arası dəyişir”, - deyə iqtisadçı əlavə edib.

Qeyd edək ki, Moldovada orta aylıq maaş Azərbaycandan yüksəkdir.

Bakupost.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью