GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ötən gün Moldovada keçirilən prezident seçkilərində Maya Sandunun qalib gəlməsi ölkədə bir çox ictimai fəalın narazılığına səbəb olub.
Prezidentliyə digər namizəd Aleksandr Stoyanoğlunun ölkədaxili səsvermədə öndə olması, lakin xaricdə toplanan səslərin nəticələri açıqlandıqdan sonra Sandunun irəli keçməsi ictimaiyyətin bəzi kəsimlərində birmənalı qarşılanmayıb.
Stoyanoğlu xalqı nəticələrdən asılı olmayaraq sakitliyi qorumağa və dözümlu olmağa çağırıb.
Seçkilərdə “türk namizəd” adı ilə mübarizə aparan Aleksandr Stoyanoğlu kimdir?
Globalinfo.az xəbər verir ki, Moldovanın qaqauz türklərindən olan Stoyanoğlu 1967-ci ildə dünyaya gəlib.
O, 1992-ci ildə hüquq fakultəsini bitirib və Qaqauzyada prokuror işləyib.
2009-2014-cü illərdə Moldova Milli Məclisinin üzvü, 2019-cu ildə isə ölkənin baş prokuroru olub.