Moldovada müvəqqəti baş nazir təyin edildi

07.07.2026

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkə prezidenti Maya Sandunun imzaladığı sərəncama əsasən, Moldovanın baş naziri vəzifəsinin müvəqqəti icraçısı kimi iqtisadi inkişaf və rəqəmsallaşdırma naziri, eyni zamanda baş nazirin müavini çalışan Yevgeni Osmokesku təsdiqlənib.

Moderator.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Məlumata görə, iyulun 8-dən etibarən yeni Nazirlər Kabinetinin andiçmə mərasimi baş tutana qədər Yevgeni Osmokesku hökumətə rəhbərlik edəcək.

Bildirilir ki, iyulun 3-də istefa verdiyini bəyan edən sabiq baş nazir Aleksandr Muntyanu Y.Osmokeskunun Nazirlər Kabinetinin davamlı fəaliyyətini qoruyub saxlayacağına inandığını vurğulayıb.

"Bu məsuliyyəti öz üzərinə götürdüyünə görə ona təşəkkür edirəm və bu vəzifədə böyük uğurlar arzulayıram. Əminəm ki, o, hökumətin fəaliyyətinin fasiləsizliyini məsuliyyətlə təmin edəcək", - deyə Muntyanu sosial şəbəkələrdə yazıb.

Qeyd edək ki, Muntyanu baş nazir postunda 2025-ci il noyabrın 1-dən fəaliyyət göstərirdi.

Bundan əvvəl isə Prezident Maya Sandu qarşıdan gələn həftə ərzində hökumətin yenilənmiş tərkibinin formalaşdırılması məqsədilə parlamentdəki siyasi qruplarla müzakirələrə start verəcəyini bəyan etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью