Moldovada parlament binası qarşısında etiraz keçirilir

13.12.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Moldovada müəllimlər maaşların səviyyəsindən narazı olduqları üçün respublika parlamentinin binası qarşısında etiraz aksiyası keçiriblər.

"Unikal" xəbər verir ki, bu barədə "Sputnik Moldova" məlumat yayıb.

Qeyd olunur ki, aksiyanın təşkilatçısı Moldova Həmkarlar İttifaqları Milli Konfederasiyası olub. 

Müəllimlər mitinqə “Müəllimlər könüllü deyil”, “Biz layiqli həyat tələb edirik”, “Biz layiqli maaş tələb edirik” şüarları yazılmış plakatlar gətiriblər.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью