Moldovada paytaxt meri hökumətə qarşı Baş nazirin istefasını tələb edir

29.12.2024

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Moldovanın paytaxtı Kişinyov şəhərinin meri İvan Çeban enerji böhranı ilə əlaqədar ölkənin Baş naziri Dorin Reçanın istefa verməli olduğunu deyib.
Bəlli olduğu kimi, Rusiyanın "Qazprom" şirkəti borclarla əlaqədar 2025-ci il yanvarın 1-dən etibarən Moldovaya qaz tədarükünü dayandırmağı qərara alıb.
Rusiyapərəst mövqeyi ilə tanınan Çeban "Cinema1" kanalına müsahibəsində ölkədəki böhranda Baş naziri ittiham edərək onun istefaya göndərilməsini tələb edib.
Hürr Tərcüman

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью