Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İyunun 8-nə keçən gecə dron Moldovanın hava məkanını pozub, onun düşdüyü yerdəki izlər aparatın partladığını göstərir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
"8 iyun 2026-cı il tarixində saat 00:20-də Milli Ordunun müşahidə sistemləri və transsərhəd əməkdaşlıq sistemləri pilotsuz uçuş aparatının Mixaylovka-Lopatna yaşayış məntəqəsi tərəfdən Moldova Respublikasının dövlət sərhədini keçdiyini qeydə alıb.
Daxili İşlər Nazirliyinin ixtisaslaşmış strukturlarının müdaxiləsi nəticəsində Lopatna yaşayış məntəqəsi yaxınlığındakı kənd təsərrüfatı sahəsində pilotsuz uçuş aparatının qalıqlarının aşkar edildiyi təsdiqlənib. Hadisə yerində tapılan izlər daha əvvəl partlayışın baş verdiyini göstərir.
Aşkar edilmiş qalıqlar uçuş aparatının mənşəyini və hadisənin təfərrüatlarını müəyyənləşdirmək üçün araşdırılır".
Məryəm Quliyeva