Moldovada seçici aktivliyi kəskin artdı

04.11.2024

Icma.az, Axar.az saytına istinadən bildirir.

22:16

Moldovada keçirilən prezident seçkilərinin ikinci turunda seçici aktivliyi saat 19:00 üçün 52%-i keçib.

Axar.az xəbər verir ki, bu barədə Moldova Mərkəzi Seçki Komissiyasının saytı məlumat yayıb.

Bildirilib ki, seçki məntəqələri saat 21:00-da (yerli vaxtla) bağlanacaq.

***

Prezident seçkilərində ümumi seçici aktivliyi (yerli vaxtla saat 21:00 üçün, seçki məntəqələri bağlandıqdan sonra) 54,10% təşkil edib.

Qeyd edək ki, oktyabrın 20-də keçirilən birinci turda seçici aktivliyi 48,5 faiz olmuşdu.

İkinci turda ölkə Prezidenti Maya Sandu və keçmiş baş prokuror Aleksandr Stoyanoğlu (Stoyanoqlo) mübarizə aparır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью