Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Ermənistanın “FlyOne Armenia” aviaşirkətinin Moldovaya uçuşu qadağan edilib.
Axar.az xəbər verir ki, bu barədə ölkənin İnfrastruktur və Regional İnkişaf Nazirliyinin qərarında bildirilib.
Belə ki, qadağa Avropa Komissiyasının reqlamentinin qəbul olunması nəticəsində tətbiq edilib.
Reqlament çərçivəsində təhlükəsizlik tələblərinə cavab vermədiyinə görə fəaliyyəti məhdudlaşdırılan 130-dan çox aviaşirkətin siyahısı tərtib edilib.
Həftədə 4 dəfə İrəvan-Kişinyov reysini həyata keçirən sözügedən şirkət artıq bu istiqamətdə uçuşları davam etdirə bilməyəcək.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.