Moldovadan Rusiyaya zərbə

09.07.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Moldova Konstitusiya Məhkəməsi Qaqauziyanın seçkilərin təşkili və təhlükəsizlik qurumlarının rəhbərlərini təyin etmək səlahiyyətlərindən məhrum edilməsi barədə qərar qəbul edib.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə məhkəmənin qərarı dərc olunub. 

Qeyd edək ki, Rusiya Qaqauziya muxtariyyətinin Moldovadan ayrılmaq siyasətinə dəstək verir. 

Rusiya provaslav qaqauz icması vasitəsilə Moldova ərazisində ikinci separatizm hərəkatı yaratmağa çalışır.

Məqsəd bu yolla Moldovanı parçalamaq və Avropa İttifaqına inteqrasiyanın qarşısını almaqdır.

Çox güman ki, Moldova Konstitusiya Məhkəməsinin sözügedən qərarı separatçı fəaliyyəti əngəlləmək və Qaqauziyanı birbaşa Kişineunun siyasi tabeliyində saxlamaq məqsədi daşıyır. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью