Moldovalı hakim yenə Azərbaycan klubunun oyununa təyinat aldı

18.07.2026

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Zirə"nin Estoniyada "Payde"yə qarşı keçirəcəyi görüşün hakimləri açıqlanıb.

Moderator.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı moldovalı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Roman Jitari olacaq. Moldovalı referi azərbaycanlı futbol azarkeşlərinə yaxşı tanışdır. O, iyulun 9-da UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) matçının (3:0) baş hakimi olub.

Xatırladaq ki, "Payde" - "Zirə" oyunu iyulun 23-də, təkrar qarşılaşma isə bir həftə sonra keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью