Moldovalılar “Qarabağ”ın oyunu üçün Bakıya gələcək

01.07.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Vestri” matçının təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, iyulun 9-da baş tutacaq qarşılaşmanı moldovalı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Roman Jitari olacaq. Ona Vlad Lifçiu və Vadim Vikol kömək edəcək. Andrey Brequta dördüncü hakim funksiyasını yerinə yetirəcək.

İsveçrəli Luka Cibelli VAR, onun həmyerlisi Anojen Kanaqasinqam AVAR olacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.

Komandalar arasındakı cavab oyunu iyulun 16-da İslandiyada olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью