Moldovanın Baş naziri növbəti hökumətə rəhbərlikdən imtina edib | Icma.az
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 13 oktyabr, AZƏRTAC Moldovanın hazırkı Baş naziri Dorin Recan Avropayönlü Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) parlament seçkilərindən sonra formalaşdırdığı hökumətə rəhbərlik etməkdən imtina edib.
AZƏTAC xəbər verir ki, bu, Dorin Recan və PAS-ın sədri İqor Qrosunun birgə mətbuat konfransında elan olunub.
"Biz Reçanın Baş nazir postuna namizədliyini irəli sürməyi planlaşdırırdıq.
Lakin o bizə bildirdi ki, onun hökumətdəki fəaliyyəti bu mərhələdə başa çatır", - deyə Grosu bildirib.
Eyni zamanda məlum olub ki, Recan deputat mandatından da imtina edir və biznesə qayıtmaq niyyətindədir.
Qrosu qeyd edib ki, baş nazir vəzifəsinə namizəd prezidentlə məsləhətləşmələrdən sonra seçiləcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu