Moldovanın keçmiş prezidentinin qardaşı həbs edildi

05.02.2025

Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Moldovanın Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ölkənin keçmiş prezidenti İqor Dodonun qardaşı Aleksandr Dodonu saxlayıb.

Teleqraf.com "TASS"a istinadən xəbər verir ki, Dodon hazırda Milli Antikorrupsiya Mərkəzinin təcridxanasında saxlanılır. O, qanunsuz varlanmada ittiham olunur.

"PulsMedia" portalının məlumatına görə, Aleksandr Dodon bir gün əvvəl Rusiyadan qayıdarkən Kişinyov hava limanında saxlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью