Moldovanın şimal və mərkəzi hissələrində hava məkanı bağlanıb

30.09.2026

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Moldovanın müdafiə naziri Anatolie Nosatıy səhər saatlarında ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatının (PUA) reaktiv mühərrikli olduğunu bildirib.

“Newsmaker” xəbər verir ki, nazir bu barədə jurnalistləRə deyib.

Nazirin sözlərinə görə, söhbət saat 10:26-da tanınmamış Dnestryanı bölgə üzərindən Moldovanın hava məkanına daxil olan drondan gedir.

“Hazırda Soroki istiqamətində hərəkət edir. Bu, reaktiv drondur, onun sürəti saatda təxminən 400 kilometrdir”, – Anatolie Nosatıy bildirib.

Nəticədə Moldovanın şimal və mərkəzi hissələrində hava məkanı bağlanıb.

Qeyd edək ki, bu gün səhər saatlarında başqa bir dron da Moldovanın hava məkanından keçdikdən sonra Anenii-Noy rayonunun Hirbovets kəndindən kənarda yerə düşərək partlayıb.

Moldova Baş Polis Müfəttişliyinin məlumatına görə, həmin dron rabitə xəttinin dayağı ilə toqquşduqdan sonra 40 metr yüksəklikdə partlayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью