Moldovanın xarici ticarət kəsiri 5,5 milyard dollara çatıb

19.02.2025

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Moldovanın 2024-cü ildə mənfi xarici ticarət saldosu 5 milyard 510,1 milyon dollara çatıb ki, bu da 2023-cü illə müqayisədə 19,1% çoxdur.

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu, ölkənin Milli Statistika Bürosunun hesabatında yer alıb.

Hesabata görə,  Avropa İttifaqı (Aİ-27) ölkələri ilə malların xarici ticarətində kəsir 2,15 milyard dollar (artım 39,7%), MDB ölkələri ilə  104,7 milyon dollar (2 dəfə azalma) təşkil edib. Ötən il malların ixracı 12,2% azalaraq 3,56 milyard dollara, o cümlədən Moldova malları 5,6% azalaraq 2,71 milyard dollara, xarici malların təkrar ixracı 28,1% azalaraq 846,8 milyon dollara, Aİ ölkələrinə çatdırılma 9,6% azalaraq 2,39 milyard dollara, Cİ-14,2 milyon dollara düşüb.

Malların idxalı isə 4,5% artaraq 9,07 milyard dollara, o cümlədən Aİ-dən idxal 4,55 milyard dollara (artım 8,6%), MDB ölkələrindən isə 346,3 milyon dollara (azalma 35,2 faiz) çatıb.

2024-cü ildə idxalın ixracla əhatə olunma dərəcəsi 39,2% təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 7,5 faiz bəndi azdır.

Gülşən Şərif
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью