Moleyro “Barselona”nın hədəfindədir

17.05.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İspaniyanın “Vilyarreal” futbol komandasının hücumameyilli yarımmüdafiəçisi Alberto Moleyro “Barselona”nın transfer siyahısına düşüb.

İdman.Biz xəbər verir ki, Kataloniya klubu 22 yaşlı futbolçunun inkişafını müsbət qiymətləndirir və onun ətrafı ilə əlaqələri davam etdirir.

Futbolçunun “Vilyarreal”la müqaviləsində 50 milyon avroluq (100 milyon AZN) sərbəstqalma bəndi var. Bununla belə, “Barselona” konkret maraq göstərərsə, “Vilyarreal”ın transfer məbləği ilə bağlı danışıqlara başlamaq öhdəliyi olduğu bildirilir.

Moleyronun özü də “Barselona”da oynamağı arzulayır. Futbolçu 2025-ci ilin yayında “Las-Palmas”dan “Vilyarreal”a keçib və klubla 2030-cu ilin iyununa qədər müqavilə imzalayıb.

İspaniyalı oyunçu cari mövsümdə La Liqada 35 matçda 10 qol və beş məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt-da onun bazar dəyəri 40 milyon avro (80 milyon AZN) kimi göstərilir.

Qeyd edək ki, Moleyro cinahda və hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış edə bilir.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью