“Molla Nəsrəddin” jurnalı 119 illik tarix

07.04.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 7 aprel, AZƏRTAC

Azərbaycanın ilk satirik jurnalı, mətbuat və ədəbiyyatımızda məktəb yaratmış “Molla Nəsrəddin” dərgisinin nəşrə başlamasından 119 il ötür.

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzindən AZƏRTAC-a bildirilib ki, son illərdə Azəraycan İstiqlal Muzeyindən mərkəzə daxil olan “Molla Nəsrəddin” jurnalının bir çox nömrələri toplanaraq məcmu halına salınmış forması mərkəzin ali dərəcəli bərpaçı-rəssamı, əməkdar mədəniyyət işçisi Xatirə Tağıyeva tərəfindən bərpa edilərək muzeyə təhvil verilib.

Qeyd edək ki, “Molla Nəsrəddin” jurnalı təkcə milli mətbuatımızın deyil, eləcə də Şərq, türk-islam mətbuatının ən öncül dərgilərindəndir. Jurnal yarandığı gündən etibarən ədəbi-tarixi fikrin diqqət mərkəzində olub.

Azərbaycan satirik mətbuatının zirvəsi olan “Molla Nəsrəddin” jurnalının birinci sayı 1906-cı ilin elə bu günü aprelin 7-də Tiflisdə işıq üzü görüb. 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Jurnalın redaktoru və müəllifi Cəlil Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью