Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.
- + İranda dini lider Əli Xamineyinin varis barədə açıqlamasından sonra rejim mənsubları arasında qarşılıqlı ittihamlar artmağa başlayıb.
Tribunainfo.az xəbər verir ki, ilk “atəş” mühafizəkar qanaddan gəlib.
Belə ki, İran parlamentinin spikeri, eyni zamanda sağçıların əsas fiqurlarından biri olan Məhəmməd Baqer Qalibaf prezident Pezeşkianın müşaviri Məhəmməd Cavad Zərifi tənqid edib.
O deyib ki, Zərifin oğlanları İran vətəndaşı deyillər. “Zərifin övladları İran vətəndaşı deyillər.
Onların başqa ölkələrin qarşısında öhdəlikləri var. Bu məsələ araşdırılmalıdır”.
Zərif isə Qalibafa cavab olaraq bildirib ki, onun övladlarının hansı ölkə vətəndaşı olmasının ultra sağçıları heç bir aidiyyatı yoxdur.
“Siz mənim ailə məsələlərimi, övladlarımı deyil, mənin fəaliyyətimi təftiş edin və qiymət verin.