Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
Qatil İran rejiminin öz vətəndaşlarına soyqırım etməsindən sonra onun getməsinə mane olmağa çalışan hər dövlət eyni mahiyyətli dövlət hesab olunur. Minlərlə vətəndaşını acımadan öldürən rejimin əlinə nüvə silahı keçəcəyi durumda nə kimi hərəkətlər edəcəyini təsəvvür etmək çətin deyil. Bunlara baxmayaraq ABŞ-ın bu rejimi cəzalandırmasını istəməyən və hər hansı səbəblə olursa-olsun bir gün belə mollaların hakimiyyətdə qalmasını uzatmağa çalışmaq heç bir əxlaq normalarına sığmır və heç bir ölkəyə baş ucalığı gətirmir.
Molla rejiminin gücü ancaq dinc insanlara çatır.
Bu günə kimi bu rejimin hərəkətlərindən ancaq dinc insanlar əziyyət çəkib, eyni zamanda, öz xalqları. ABŞ-ın mollaları hakimiyyətdən rədd etmək cəhdləri doğru və yerində hərəkətdir. Hesab edirəm ki, ABŞ buna tezliklə nail olacaq.
Dinc insanların qətli cəzasız qalmamalıdır.
Türkiyə və ərəb ölkələrinin ABŞ-ın qarşısını almaq cəhdləri əbəsdir. Bəhanə gətirilən səbəblərin isə heç bir əsası yoxdur, bunu tezliklə görəcəyik. İrandan sonra növbənin Türkiyəyə çatması məsələsinə gəldikdə isə, əgər, bu belədirsə, İran hansı yolla buna mane olur ki, ABŞ, ya İsrail bunu edə bilmir belə planları varsa?
Azər Qasımov, ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi